Şəhərin xəstə və qoca sakinləri diri-diri yana bilərlər
“Boko Haram”-ın döyüşçüləri Nigeriyanın onların nəzarətində olan Bama şəhərində evlərə od vurublar.
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, terrorçular bu qayda ilə Bama sakinlərini öz evlərini tərk etməyə məcbur edirlər. Nigeriyanın silahlı qüvvələri bu şəhərə yollanır ki, onu nəzarətə götürsün.
Şahidlərin sözlərinə görə, şəhərin sakinlərindən bəziləri xəstə və qocadır. Onlar öz mənzillərini sərbəst tərk edə bilmədiklərinə görə diri-diri yana bilərlər.
Hazırda yüzlərlə insan şəhəri təırk edib və Borno ştatının inzibati mərkəzi Mayduquriyə üz tutub.