XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 17:32

Binəli Yıldırım 5 sabiq naziri toplantıya çağırmadı –SİYAHI

bineli

Türkiyənin baş naziri Binəli Yıldırımın Çankaya iqamətgahında keçirəcəyi tədbirə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarı dövründə nazir olmuş 5 nəfər dəvət edilməyib.

"Report" Haber7-yə istinadən xəbər verir ki, bu gün axşam saat 19.00-da (Bakı vaxtı ilə 20.00) AKP hökumətinin indiki və keçmiş nazirlərinin birgə toplantısı olacaq.

Həmin tədbirdə iştirak etmək üçün baş nazirin keçmiş müavini Bülənt Arınc, keçmiş təhsli naziri Hüseyn Çelik və sabiq ədliyyə naziri Sadullah Ergin dəvət ediliblər.

AKP-dən istefa vermiş və ya partiya sıralarından çıxarılan keçmiş nazirlər toplantıya dəvət edilməyiblər.

Belə ki, keçmiş daxili işlər naziri Yaşar Yakış, istefa vermiş keçmiş mədəniyyət naziri Erkan Mumcu, sabiq mədəniyyət naziri Ertuğrul Günay, keçmiş daxili işlər naziri İdris Naim Şahin və baş nazirin keçmiş müavini Avdüllatif Şener tədbirə dəvət olunmayıblar.