XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 19:52

ABŞ-dan Kubaya kommersiya uçuşu- Son 50 ildə ilk dəfə

50 ildən sonra ABŞ-ın Fort-Loderdeyl şəhərindən Kubanın Santa-Klara şəhərinə ilk kommersiya reysi həyata keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, avqustun 31-dən oktyabrın 29-a qədər JetBlue uçuşları həftədə 3 dəfə, oktyabrın 30-dan isə gündəlik təşkil olunacaq. Bundan başqa sentyabrın 1-dən Santa-Klara ilə aviaəlaqə də bərpa olunacaq.

Buna baxmayaraq ABŞ vətəndaşlarının Kubaya turist səyahətlərinə qoyulan qadağa hələ qüvvədə qalacaq.