XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 16:14

Amerikalı politoloq: “Türkiyə savaş meydanına çevriləcək”

Ərdoğan Suriya hakimiyyətini devirmək üçün bütün islamçı təşkilatlarla əlaqəyə keçib.

Axar.az xəbər verir ki, bunu Türkiyə mətbuatına açıqlamasında politoloq Udo Steinbaç söyləyib. Onun sözlərinə görə, Ərdoğanın Suriya böhranında əsas məqsədi Əsəd rejimini yıxmaq idi: “Əvvəlcə ən-Nusra, onun ardınca isə İŞİD-ə Suriyaya keçmək izni Ankara tərəfindən verildi. Ərdoğan bunların hamısına göz yumdu və onları təhlükə kimi görmədi. Amma İŞİD-i yaxşı tanıyan biri bilməlidir ki, onların dost və düşmənləri ilə heç vaxt sabit münasibətləri olmayıb. Ərdoğan İŞİD-lə mübarizəni gücləndirməlidir. Türkiyə savaş meydanına çevriləcək. Bu qarşıdurmalar təkcə Suriya-Türkiyə sərhədində olmayacaq, həm də daxilə sızacaq. Kürdlər, müxaliflər, immiqrantlar arasında toqquşmalar artacaq”.