XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 20:22

Rusiyadakı azərbaycanlı avtoritethəbsdə öldü

Rusiyanın Saratov şəhərində cəzaçəkmə müəssisəsində azərbaycanlı məhkum ölüb.

Saratov Vilayəti Azərbaycanlıları Konqresinin sədri Vladimir Muradov APA-ya bildirib ki, ölən şəxs əslən Azərbaycanın Siyəzən rayonundan olan, Rusiya Federasiyasının vətəndaşı, “Brat” ləqəbli Abdullayev İlham Səttar oğludur.

İ.Abdullayev ötən gün cəza çəkdiyi müəssisədə dünyasını dəyişib. Ölümün səbəbi hələlik açıqlanmayıb. Onun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Siyəzən rayonunda dəfn olunacaq.