Çinin ən böyük neft emalı şirkəti olan “Sinopec”in bu ilin birinci yarısındakı xalis gəliri 21,6 faiz azalıb.
Azərtac xəbər verir ki, bu barədə “Sinopec”in yaydığı məlumatda deyilir. Bildirilir ki, şirkətin gəlirinin azalmasına səbəb qlobal bazarda neftin qiymətinin ucuzlaşmasıdır.
Asiyanın ən böyük neftayırma zavodunun xalis gəliri bu ilin ilk altı aylıq dövründə 1,9 milyard dollar olub. 2015-ci ilin müvafiq dövründə isə bu rəqəm 3,8 milyard dollar təşkil edib.