XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 21:20

Braziliya Senatı Dilma Rousseffinimpiçmentini dəstəklədi

Braziliyanın Federal Senatında (parlamentin yuxarı palatası) bir müddət əvvəl prezident vəzifəsindən müvəqqəti kənarlaşdırılmış Dilma Rousseffin impiçmenti ilə bağlı səsvermə keçirilib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, senatorlar 61 səs lehinə, 20 səs əleyhinə olmaqla Dilma Rousseffin impiçmentini dəstəkləyiblər. Beləliklə, Rousseff öz postunu tərk edəcək, ölkəyə rəhbərliyi isə növbəti prezident seçkilərinədək, yəni, 2018-ci ilin sonunadək vitse-prezident Mişel Temer həyata keçirəcək.