XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2015 - 16:38

Amerikadan etiraf: “İranın nüvə bombası üçün kifayət qədər materialı var”

“İranın nüvə proqramı üzrə əldə olunmuş razılaşmanın alternativi yoxdur”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda keçirilən beynəlxalq münasibətlər üzrə Şuradakı çıxışında deyib. O bildirib ki, bu razılaşma olmadan heç bir şans əldə etmək mümkün olmazdı.

“Biz İsrail də daxil olmaqla, regionun təhlükəsizliyinə nail olmağa çalışırıq və buna alternativ yoxdur”, – deyə C. Kerri vurğulayıb.

Razılaşmanın vacibliyindən danışan dövlət katibi vurğulayıb ki, İran artıq 10-20 bomba hazırlamaq üçün kifayət qədər nüvə materialına malikdir.

Dövlət katibi əlavə edib ki, razılaşma etibara yox, təftişə əsaslanır.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin İranın mərhələli şəkildə beynəlxalq sanksiyaların altından çıxarılması barədə qətnaməsini tənqid edib, atom razılaşması şərtlərinin sərtləşdirilməsi üçün ABŞ-ın iqtisadi təzyiqinin saxlanılacağına ümidvar olduğunu bildirib.