XƏBƏR LENTİ

27 May 2020

Digər Xəbərlər

31 Avqust 2016 - 22:28

Pentaqon İŞİD-in ikinci şəxsinin öldürülməsi xəbərinitəkzib etdi

Pentaqon Rusiya aviasiyasının İŞİD-in ikinci şəxsini məhv etdiyinə dair məlumatı təkzib edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon nümayəndəsi bildirib.

“Rusiyanın bəyanatı cəfəngiyatdır”, deyə adının açıqlanmasını istəməyən mənbə vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Müdafiə nazirliyi Hələb vilayətində aviazərbələr zamanı İŞİD-in ikinci şəxsi sayılan və mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani məhv edildiyini bildirib.