XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 12:53

Rusiya Türkiyəyə qarşı daha birqadağanı ləğv etdi

Rusiyalı tələbələrin təhsil almaq üçün Türkiyəyə getməsinə dair qadağa aradan qaldırılıb.

Trend-in məlumatına görə, bu barədə “Hürriyət” qəzeti “Sputnik”ə istinadən xəbər verir.

Rusiya Təhsil Nazirliyinin Beynəlxalq departamentinin direktoru Nikolay Toyvonen qeyd edib ki, bir müddət rusiyalı tələbələrin Türkiyəyə getməsi ilə bağlə bəzi məhdudiyyətlər var idi: “Bunun səbəbi onların təhlükəsizliyinə təminatın olmaması idi. Lakin turistlər üçün çarter uçuşlara icazə verildi. Buna görə də belə bir məhdudiyyət daha yoxdur”.