Rusiyanın "Kalaşnikov" konserni yeni yüngül əl pulemyotu – RPK-16 5.45 mm hazırlayır. Silahın həm də hücum tüfəngi funksionallığı olacaq.
Bu barədə konsernin baş direktoru Aleksey Krivoruçko bildirib.
"Müasir silahlı münaqişələrin təcrübəsinin öyrənilməsi əsasında biz 5,45 mm kalibrli yüngül Kalaşnikov əl pulemyotu (RPK-16) hazırlamışıq. Çəkisi, ölçüsü, dəqiqliyi və universallığına görə bu silahın analoqu yoxdur", – deyə o vurğulayıb.
Baş direktor, həmçinin yeni pulemyot üçün daha çox tutumlu daraq hazırlandığını söyləyib. (Report)