XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2016 - 13:17

Britaniya və İran arasında uçuşlar bərpa edildi –4 ildən sonra

Great Britain

 Britaniyanın "British Airways" (BA) hava şirkəti 4 ildən sonra sentyarbın 1-dən etibarən İrana uçuşları bərpa edib.

 Sentyabrın 1-dən Tehrana həftədə 6 dəfə uçuş həyata keçiriləcək.

Məlumata görə, cari ilin sonunda BA həftəlik uçuş rejimindən gündəliyə keçməyi planlaşdırır.

Uçuş cədvəlinə uyğun olaraq, ilk təyyarə bu gün Bakı vaxtı ilə saat 12-də Tehrana uçub.

Qeyd edək ki, 2012-ci ildə "British Airways" İrana tətbiq edilən sanksiyalar çərçivəsində Tehrana uçuşları dayandırmışdı.

Bu yaxınlarda 8 illik fasilədən sonra Fransanın "Air France" hava şirkəti də İrana uçuşları bərpa edib. (Report)