XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

01 Sentyabr 2016 - 15:16

“Dünyanın aparıcı dövlətləri arasında ziddiyyətlər çoxaldığından…” –Nazarbayev

nazarbayev

“Terrorçular güclü dövlətlər arasındakı ziddiyyətlərdən öz məqsədləri üçün istifadə edirlər”.

Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 1-də parlamentdə çıxış edərkən belə deyib.

Nazarbayev bildirib ki, yeni geosiyasi çağırışlar nəzərə alınmalıdır: “Dünyanın aparıcı dövlətləri arasında ziddiyyətlər çoxaldığından beynəlxalq münasibətlər sistemi ilə bağlı proqnoz vermək olmur. İqtisadi sanksiyalar, qarşılıqlı təhdidlər, silahlanma yarışı sülhə, sabitliyə qətiyyən kömək etmir. Əksinə, bu, dünya ictimaiyyətinin beynəlxalq terrorçuluğa, ekstremizmə qarşı mübarizəsini çətinləşdirir. Ekstremistlər nəhəng dövlətlər arasında yekdilliyin olmamasından istifadə edirlər”.

Qazaxıstan prezidenti vurğulayıb ki, bu bəlalara dövlətlər yalnız birlikdə qalib gələ bilər.

Heç bir ölkənin, eləcə də Qazaxıstanın terror hücumundan sığortalanmadığını deyən Nazarbayev hesab edir ki, qlobal müharibə, nüvə təhlükəsi bəşəriyyətin qarşısında duran aktual problemlərdəndir.

Novator.az