XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 March 2015 - 07:07

Türkiyənin Rusiya və Çinlə yaxınlaşması NATO-nu narahat edir

Alyans Türkiyənin İŞİD-ə qarşı mübarizəsindən də razı deyil

Картинки по запросу NATO

Türkiyə getdikcə NATO-dan asılı olmayan xarici siyasət yürüdür ki, bu da alyans rəhbərliyində narahatlıq doğurur.

Strateq az xarci KİV-ə əsasən bildirir ki, NATO birinci növbədə Türkiyənin Rusiya və çinlə yaxınlaşmasından əndişələnir.

Anerika mətbuatı yazır ki, “Ankara bu il Rusiya ilə Ukraynadan yan keçməklə Türkiyəyə qaz kəməri çəkilməsi üçün müqavilə bağlamalıdır. Ərdoğan hökuməti Ukraynaya görə Rusiya ilə Qərb arasındakı təfriqədən faydalanıb aşağı qiymətə enerjidaşıyıcıları almaq istəyir. Bundan başqa, Rusiya Türkiyədə ilk Atom Elektrik Stansiyası inşa etməyi planlaşdırır”.

Nəşrin qeyd etdiyi kimi, NATO-nu həmçinin türk hökumətinin çindən 3,4 milyard dollar dəyərində HHQ kompleksləri almaq planları narahat edir.

NATO Türkiyə hökumətinin İŞİD terror qruplaşması ilə necə mübarizə aparmasından da razı deyil: “Müttəfiqlər uzun aylar ərzində Türkiyədən Suriyaya minlərlə cihadçıların İŞİD-ə birləşmək qəsdilə keçdiyi sərhədi bağlamağı xahiş edib. Lakin xahiş bu günədək yerinə yetirilməyib”.