XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2015 - 14:05

Türkiyədə böyük əməliyyat: 320 nəfər həbs olundu

İŞİD və PKK hədəflərini bombardman edən Türkiyə terror təşkilatlarına qarşı daxildə də mübarizəni genişləndirib.

Strateq.az Publika.az-a isnadən bildirir ki, bu gün səhər saatlarında polis helikopterlərin dəstəyi ilə İstanbulun Bəyoğlu bölgəsində əməliyyat keçirib. Bəyoğlu Hacıəhməddə xüsusi təyinatlı qrupun keçirdiyi əməliyyat nəticəsində bir çox şəxs həbs olunub. Digər tərəfdən, Konya, Ankara və İzmirdə də İŞİD-ə qarşı əməliyyat keçirilib.

Baş nazir yanında Koordinasiya Mərkəzinin məlumatında deyilir ki, terrorla mübarizə məqsədilə 22 bölgədə keçirilən əməliyyatlar nəticəsində 320 nəfər həbs olunub. Əməliyyatlar davam edir.