XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2016 - 17:37

Miqrasiya böhranı Misirə ildə 300 milyondollara başa gəlir

“EUobserver” nəşri Misir xarici işlər nazirinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Hişam Badranın bəyanatına istinadla xəbər verir ki, Misir hökumət orqanları ölkəyə kəskin qaçqın axınına görə Avropa İttifaqı və Türkiyə arasında razılaşmanı pisləyir və böhranla mübarizədə yardımın artırılmasını tələb edir.

Onun sözlərinə görə, hazırda ölkədə 5 milyonadək miqrant var, onlardan 500-ü suriyalıdır. Misir hökumət orqanları hər gün sığınacaq verilməsi barədə 800 ərizə qəbul edir.

Hişam Badra qeyd edib ki, miqrasiya böhranı Misirə ildə 300 milyon dollara başa gəlir və Aİ tərəfindən ayrılan vəsait problemin həlli üçün kifayət etmir(azərtac).