XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2015 - 05:14

AKP binası önündə daha bir partlayış

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gecə AKP-nin daha bir qərargahı önündə partlayış baş verib. Hadisə İzmir ərazisində yerləşən Karşıkaya İlçə başqanlığının binasında həyata keçirilib.

İlkin araşdırmalara görə, əldədüzəlmə partlayıcı binanın divarına yerləşdirilərək partlayış tördədilib. Partlayışdan az sonra hadisə yerinə gələn AKP Karşıkaya İlçə bölməsinin rəhbəri Abdullah Mərdoğlu bunları deyib:

“Daha öncə də binalarımızdan birinə saldırı olmuşdu, binamıza od vurulmuşdu. Biz saldırılara qarşı tədbirlərimizi görmüşdük. Bəllidi ki, bu hadisənin törədənlər öncə kəşfiyyat aparıblar. Binanın ön tərəfində yetərincə güvənlik gücləri vardı. Bizim belə hadisələr qarşısında duruşumuz dəyişməyəcək. Hadisəni törədənləri qınayırıq”.