XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

26 İyul 2015 - 08:16

İranın qaz şirkəti: “Gündə 5 milyon kubmetr qaz ixrac etməyə hazırıq”

qeribi.jpg

İranın Qaz Mühəndislik və İnkişafı Şirkətinin icraçı direktoru Əlirza Qəribi İran İslam Respublikasının gündəlik 5 milyon kubmetr qazı İraqa ixrac etmək üçün hazır olduğunu bildirib.

“Səhər” televiziyasının məlumatına görə, Əlirza Qəribi ŞANA-ya verdiyi müsahibədə bildirib ki, artıq İraqa ixrac üçün qaz kəmərləri hazırdır. “İraqa qaz ixracı üçün nəzərdə tutulan 100 km boru kəmərinin sınaqları son mərhələlərindədir və bu əməliyyatın sona çatması ilə gündəlik 5 milyon kubmetr İran qazı İraqa ixrac olunacaq”.
İraq tərəfinin bu ölkə ərazisində boru kəmərinin hazır olması barəsində məlumatlar verdiyini bildirən Qəribi həmçinin deyib ki, İraq ərazisində bu boru kəmərindən əlavə qazın Bağdad stansiyalarına çatdırılması üçün kəmərlər də çəkilib.