XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2016 - 12:39

Çin və Qazaxıstan arasında razılaşma –26,2 milyard dollar məbləğində istehsal həyata keçiriləcək

Nazarbayev

 "İstehsal güclərinin Çindən Qazaxıstana transferi proqramına ümumi dəyəri 26,2 milyard dollardan çox olan 51 layihə daxildir".

 Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çin mətbuatına müsahibəsində deyib.

"Hökumətlərimiz istehsal güclərinin Çindən Qazaxıstana transferi üzrə proqram hazırlayıb", – deyə o bildirib.

"Bu gün bu proqrama daxil olan 51 layihə kimya sənayesi, dağ-mədən və metallurgiya sektoru, maşınqayırma, infrastruktur, energetika, aqrar sənaye kompleksi, yüngül sənaye, neft emalı, tikinti materiallarının istehsalı və informasiya texnologiyaları sahəsi üzrədir", – deyə N.Nazarbayev qeyd edib.

Onun sözlərinə görə, bu günə qədər artıq iki layihəyə – toz halında olan polipropilen və minik avtomobillərinin istehsalına start verilib. (Report)