XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2015 - 14:44

Cizrə Əmniyyət binasına silahlı hücum

Strateq.az bildirir ki, Türkiyə mətbuatının son dəqiqələrdə yaydığı məlumata görə, Cizrədə yerləşən Əmniyyət binasına silahlı hücum olub.

Hücumun ardından Cizrədə genişmiqyaslı əməliyyatlar başlayıb.

Cizrənin Əlibəy məhəlləsində yerləşən bu binaya uzun lüləli silahlardan bir neçə atəş açılıb. Hücum edənlərin kimliyi hələlik bəlli deyil.

Əmniyyət binası önündə çoxsaylı güvənlik olduğu üçün hadisə zamanı ölüm hadisəsinin olmadığı deyilir.