Fərarilər və çağrışdan yayınan vətəndaşlar üçün amnistiya elan edilib
Suriya prezidenti Bəşər Əsəd etiraf edib ki, qiyamçıların qabağını almaq üçün ölkə ordusunun yetərincə resursu yoxdur, buna görə də bəzi əraziləri təhvil vermək lazım gəldi.
Strateq.az xarici KİV-ə istinadən bildirir ki, Əsəd deyib: “Mənim ordum şəxsi heyət qıtlığı hiss edir. Nə zamansa orduda 300 min təlim görmüş əsgər var idi. Hazırda ölüm və fərarilik üzündən şəxsi heyətin bir qismi itirilib”.
Əsəd dünən fərarilər və çağrışdan yayınan vətəndaşlar üçün amnistiya elan edib.
Onun sözlərinə görə, ordu daha vacib obyeklərin müdafiəsinə yönəldilib.
Strateq.az