XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2016 - 13:35

“Hökumətin neft qiymətlərinin proqnozlarında hələlik heç bir dəyişiklik etmək fikri yoxdur” –Arkadi Dvorkoviç

oil

 Rusiya hökuməti 2017-ci il üçün dövlət büdcəsinin layihəsini neftin baza qiyməti 40 dollar/barel səviyyəsində nəzərə alınmaqla tərtib etməyə hazırlaşır. Bu barədə məlumat Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç tərəfindən verilib. Onun sözlərinə görə, hökumətin neft qiymətlərinin proqnozlarında hələlik heç bir dəyişiklik etmək fikri yoxdur. Baş nazirin müavini büdcənin konservativ planlaşdırılacağını bəyan edib. Qeyd edək ki, Rusiya İqtisadi İnkişaf Nazirliyi "baza proqnoz"unda neft qiymətlərini 2017-2019-cu illər üçün 40 dollar/barel səviyyəsində proqnozlaşdırsa da, "baza+" variantında 2017-ci il üçün bu göstərici 50 dollar, 2018-2019-cu illər üçün isə 55 dollar nəzərdə tutub.

Dövlət şirkətlərinin dividend ödənişlərinə toxunan A.Dvorkoviç ödənişlərin 50% səviyyəsində formalaşmasını məqsədəuyğun sayır. Lakin bu il olduğu kimi, gələn il də şəraitə uyğun olaraq istisnaların olması mümkündür. Bir sıra dövlət şirkətlərinin özəlləşdirilməsinin büdcəyə təsirindən danışan A.Dvorkoviç "Rosneft" istisna olmaqla, digər şirkətlərin özəlləşməsinin büdcəyə mənfi təsirinin olmayacağını vurğulayıb. (Report)