Fransanın "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen bildirib ki, prezident seçildiyi halda Fransanın Avropa İttifaqından çıxması ilə bağlı referendum keçirəcək.
Bu barədə Le Pen bu gün keçirdiyi mitinqdə deyib.
O Böyük Britaniyada keçirilən referenduma diqqət çəkərək qeyd edib ki, fransızlar yenidən qürurlu və müstəqil xalq ola bilər: "Hadisələrin gedişatını dəyişmək olar. Britaniyalılara baxın – onlar Avropa İttifaqını tərk edərək öz taleyini dəyişdi. Onlar müstəqilliyi seçdi. Biz də növbəti dəfə azad, qürurlu və müstəqil ola bilərik. Mən də analoji referendum keçirəcəm, çünki sizin səsvermə hüququnuz var". (APA)