XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2016 - 14:04

Husilərdən Səudiyyə Ərəbistanına hücum:40 silahlı, tank və zirehli maşınlar itirildi

Saudiyah

Səudiyyə Ərəbistanının hərbçiləri Səudiyyə Ərəbistanı -Yəmən sərhədində qiyamçı husilərin hücumunu dəf edib.

Sərhəddəki Taval rayonuna hücum etmək istəyən husilərə artilleriya və hava zərbəsi endirilib.

Husilər 40 silahlı, tank və zirehli maşınlar itirərək geri çəkiliblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmən prezidenti Mənsur Hadinin rəhbərlik etdiyi hökuməti qorumaq üçün  2015-ci ilin martında qiyamçı husilərin mövqelərinə hava zərbəsi endirməyə başlayıb. Qiyamçı husilərin  “Ansar Alla” hərəkatı bun müdaxilədən sonra Səudiyyə Ərəbistanının sərhəd rayonlarına hücum etməyə başlayıb.