XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2016 - 16:31

Nazarbayevdən “G20” sammitində maraqlı təklif:"Qlobal iqtisadiyyat təşkilatı yaradılsın"

 Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev iqtisadiyyat və maliyyəni tənzimləmək üçün qlobal təşkilat yaradılmasını təklif edib.

 Bu gün Çinin Xançjou şəhərində keçirilən “Böyük iyirmilik” (G20) sammitində çıxış edən N. Nazarbayev deyib ki, hazırda dünya iqtisadiyyatının inkişaf tempi, ticarət və kapital dövriyyəsi azalır.

Qazaxıstan prezidenti qlobal inkişaf yolu dünya ictimaiyyətinin birgə fəaliyyətindən çox asılı olacaq: “Buna görə də beynəlxalq iqtisadiyyatın və maliyyənin tənzimlənməsində vahid qlobal təşkilat əsas rol oynamalıdır. Belə strukturu BMT-nin İqtisadiyyat və Sosial Şurasını Qlobal İnkişaf Şurasına transformasiya etməklə yaratmaq olar. Bu struktura qlobal iqtisadiyyatın tənzimlənməsi funksiyası həvalə olunmalıdır. Dünya iqtisadiyyatını canlandırmaq üçün yeni sənaye inqilabına, rəqəmsal iqtisadiyyata və innovasiyalara dəstək vermək lazımdır”.

N. Nazarbayev G20 ölkələrinin və digər maraqlı ölkələrin terrorizm üzərində tam qələbə üçün səylərini birləşdirməsinin bu yolda yaxşı başlanğıc ola biləcəyini də vurğulayıb: “Bunu bütün dünya ictimaiyyəti gözləyir”.  (APA)