XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2016 - 16:50

Bolqarıstanın Baş naziri:"Bolqarıstan daha əmək miqrantları qəbul edə bilməz"

Borisov

 Bolqarıstan daha əmək miqrantları qəbul edə bilməz.

 Bunu bu gün  Bolqarıstanın baş naziri Boyko Borisov bəyan edib.

Baş nazir deyib ki, Avropa artıq əmək miqrantlarından “boğulur”. B. Borisov bu gün Avropa Parlamentinin sədri Donald Tuskun onun fikirlərini təsdiqlədiyini bildirib: “Avropanın xarici sərhədlərini bağlamalı olduğu, yalnız siyasi miqrantları buraxmalı olduğu barədə fikirlərim Donald Tusk tərəfindən dəstəkləndi”.

B. Borisov Xarmanli şəhərinin sakinlərinin şəhərdə yerləşən və bir neçə gün əvvəl 800 nəfərin iştirakı ilə kütləvi dava-dalaşın baş verdiyi qaçqınların qəbulu mərkəzi ilə bağlı narazılığının əsaslı olduğunu da söyləyib: “Bu şəhərdə yerləşən qaçqınların qəbulu mərkəzi açıq düşərgədən qapalı düşərgəyə çevriləcək”

Qeyd edək ki, keçən il Avropa İttifaqı ölkələrinə 1,8 milyon miqrant gəlib.  (APA)