XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2016 - 17:13

Kreml təmsilçisi:"Obama və Putin görüşmək barədə razılığa gəlib"

Obama

 Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama Çində keçirilən G20 sammitində ayrıca görüşmək barədə razılıq əldə edib.

 Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Hələlik dövlət başçıları bir-biri ilə yalnız salamlaşıblar və ayrıca danışmaq barədə şərt kəsiblər", – deyə Kreml təmsilçisi söyləyib.

Mətbuat katibi görüşün məhz nə zaman baş tuta biləcəyini açıqlamayıb.

İki ölkə prezidenti sonuncu dəfə 2015-ci ilin noyabrında Parisdə keçirilən iqlim konfransında bir araya gəliblər. (Report)