XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2016 - 17:48

ABŞ-dan Fransaya kiber- hücum:"məyusuq"

Kiber

Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE)  texniki direktoru Bernar Barbiye 2012-ci ildə Yelisey sarayına kiber-hücumun arxasında ABŞ-ın durduğunu bəyan edib.

 Bundan əvvəl Fransa prezidenti olduğu dönəmdə Nikola Sarkozinin köməkçisinin kompüterinə kiber-hücumda ABŞ-ın rolu olduğu sübut edilməyib.

Kiber-hücum 2012-ci ilin mayında, prezident seçkisinin iki turu arasındakı dövrdə olub. B. Barbiye deyib ki, Yelisey sarayının informasiya təhlükəsizliyinə cavabdeh olan şəxs onlardan yardım istəyib: “Biz kompüterdə zərərli proqram aşkarladıq və bu nəticəyə gəldik ki, bunun arxasında ancaq ABŞ ola bilər. Mən Nikola Sarkozinin varisi Fransua Ollandın göstərişi ilə ABŞ-a səfər etdim. NASA-nın sabiq direktoru  Kit Aleksander görüşümüzdə narazı qaldı. Biz avtobusda olarkən mənə dedi ki, məyusdur, çünki bizim onları heç vaxt müəyyənləşdirə bilməyəcəyimizi düşünüblər. Bununla belə, bizim yaxşı fəaliyyət göstərdiyimizi söylədi”.  (APA)