XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 September 2016 - 18:29

Obama: “Rusiya ilə heç cürə anlaşmaq olmur” –Səbəb

AR

ABŞ Suriyadakı vəziyyətin yaxın vaxtlarda nizama salınmasında ciddi fikir ayrılığına görə Rusiya ilə heç cür anlaşa bilmir. Bunu sentyabrın 4-də ABŞ prezidenti Barack Obama bəyan edib.

Obamanın sözlərinə görə, Suriyada müharibənin dayanması üçün iki ölkə konkret addımlarla bağlı razılığa gələ bilmir.

Razılıq əldə edilməyən məsələlərdən biri də hansı qruplara aviazərbələr endirilməsidir.

Obama qeyd edib ki, Moskva və Vaşinqton arasında danışıqlar davam edəcək.

Rusiyanın Xarici İşlər Nazirliyi isə bəyan etmişdi ki, Suriya böhranının aradan qaldırılması ilə bağlı Moskva və Vaşinqton razılaşmaya yaxınlaşıb.

Suriyada 5 ildir ki, vətəndaş müharibəsi gedir. Rusiya Assad rejimini, ABŞ isə Suriya müxalifətini dəstəkləyir. Rəsmi Vaşinqton tez-tez Moskvanı ittiham edir ki, Rusiya onların dəstəklədiyi müxalif qüvvələrin mövqelərinə aviazərbələr endirir. (Azadlıq.org)