Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında “Böyük İyirmilik” sammiti çərçivəsində görüş keçirilib.
Danışıqlar Xançjoudakı sərgi mərkəzində baş tutub.
Danışıqlar 1 saatdan çox davam edib.
Danışıqlarda Rusiya tərəfindən prezidentin köməkçisi Yuri Uşakov, mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Serqey Lavrov, ABŞ tərəfindən isə dövlət katibi Con Kerri iştirak ediblər.
Dövlət başçıları Suriyadakı vəziyyəti müzakirə ediblər. (APA)