İsrailin paytaxtı Tel-Əvivdə tikintisi davam edən yeraltı avtomobil dayanacağı çöküb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Mignews» agentliyi məlumat yayıb.
Dayanacaq paytaxtın Xa-Barzel küçəsində yerləşir. İlkin məlumata görə, 30 nəfər xəsarət alıb. 9 nəfərin isə taleyi barədə heç bir məlumat yoxdur. Onların dağıntılar altında qaldığı ehtimal olunur.
Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub.