«Rusiya dövlət büdcəsinin gəlirləri yaxın üç ildə azalmaqda davam edəcək və 2019-cu ildə son 20 ilin minimumuna enəcək».
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Vedomosti» nəşri 2017-2019-cu illərin büdcəsinin təhlilinə istinadən yazıb.
Əsas səbəb kimi də neft-qaz gəlirlərinin azalması göstərilir.