XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2016 - 21:04

Kabildə terror hadisəsi baş verib:30 ölü

Terror

 Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb.

 Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.

Bu gün Kabildə Əfqanıstan Müdafiə nazirliyinin binasının qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.  (APA)