"Türkiyənin Suriyadakı əməliyyatları bizim üçün gözlənilməz olmadı".
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Cerablusda apardığı “Fərat qalxanı” əməliyyatı ilə bağlı Çində G20 sammitində çıxışında deyib.
“Bu hərbi əməliyyat bizim üçün gözlənilməz olmadı. Nələrin baş verdiyini anlayırıq. Bu əməliyyatın kimin məqsədləri naminə həyata keçirildiyini müəyyənləşirməliyik”, – Putin bildirib(Axar.az).
Qeyd edək ki, Putin G20-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüş keçirmişdi.