XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2016 - 23:54

“Əgər Liviyadaki stabillik pozularsa,…” –Qəzzafinin illər öncə söylədiyi gerçəklər (VİDEO)

qezzafi-xencer

Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin yeni ortaya çıxan videosu sosial şəbəkələrdə gündəm yaradıb.

 Qəzzafi hələ 9 mart 2011-ci ildə verdiyi müsahibədə Liviyadakı mövcud stabilliyin pozulacağı təqdirdə bütün Avropada problemlərin yaranacağını, milyonlarla afrikalının İtaliyaya, Fransaya qeyri-leqal yollarla miqrasiya edəcəyini açıqlayır:

“Əgər Liviyadaki stabillik pozularsa, bu, Avropanın sabitliyinə ciddi xələl gətirəcək . Liviyada xaos olarsa, Avropa qısa müddətdə qara qitəyə çevriləcək, Avropa və Aralıq dənizi ölkələri təhlükəyə məruz qalacaq”.

26 mart 2011-ci ildə Ərəb Ölkələri Liqasının sammitində isə Qəzzafi Səddam Hüseynin edam edilməsinin araşdırılması təşəbbüsü ilə çıxış edir.

Bildirir ki, ərəb ölkələri birgə komissiya yaratmaqla bu məsələni araşdırmalı və birgə etiraz qəbul edilməlidir. ABŞ və Qərbin bir ərəb ölkəsinin daxili işinə qarışmasının ədalətsizlik olduğunu bildirən, ərəb ölkələrinin İraqın taleyinə seyrçi mövqe sərgiləməsini tənqid edən Qəzzafi Səddam Hüseynin aqibətinin burda oturanlardan hər birinin yaşaya biləcəyini deyir: “Sabah o asılanlardan biri də biz ola bilərik”. 

Onun bu sözlərinə gülən bəzi liderlərin ölkəsində hazırda xaos, qırğınlar yaşanır, bəziləri ölkəsindən qaçmağa məcbur olub.

Sözügedən videonu təqdim edirik:

Axar.az