XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2015 - 10:51

İran Türkmənistanla 1 milyard dollar dəyərində saziş imzalamaq istəyir

iran turkmen.jpg

İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmirhüseyn Zəmaniniya Tehranın Türkmənistanla bir milyard dollarlıq memorandum imzalamağa hazır olduğunu bildirib.

Strateq.az Səhər TV-yə istinadən bildirir ki, bu barədə Tehranda çıxan Ettelaat qəzeti yazıb. İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmirhüseyn Zəmaniniya deyib ki, İran məhsul, texniki və mühəndislik xidmətlərini Türkmənistana ixrac etməyə hazırdır.

Zəmaniniya İranın neft-kimya məhsullarının region ölkələri, o cümlədən Orta Asiya ölkələrinə ixracı barəsində də xatırladıb. “İranın neft-kimya məhsulları rəqiblərin məhsulları ilə müqayisədə yüksək keyfiyyətlidir. Buna görə, İran şirkətləri var-gücləri ilə bu sahədə fəaliyyət göstərməlidirlər”.

Bazar günü İranın yol və şəhərsalma naziri Abbas Axundi və Türkmənistan xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə keçirilən İran və Türkmənistan Müştərək İqtisadi Əməkdaşlıqlar Komissiyasının 14-cü iclasında tərəflər ikitərəfli əməkdaşlıqların genişləndirilməsini vurğulayıblar.