XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2016 - 17:02

Türk ordusu Əl Babın 17 kilometrliyinə çatdı –Suriyadakı savaş şiddətləndi

turkiye-ordusu-tank-suriya

Türkiyənin dəstəyi ilə 24 avqustda başlanan “Fərat qalxanı” əməliyyatı davam edir. Azez-Cerablus xəttini İŞİD-dən tamamilə təmizləyən Azad Suriya Ordusu (ASO) Əl Bab bölgəsinə doğru irəliləyir.

Bölgədə yerləşən Axtarin, Daşlıhöyük və Havahöyük kəndlərini azad edən müxalif birləşmələr Əl Babın 17 kilometrliyinə çatıb.

Yerli qaynaqların məlumatına görə, terror təşkilatı açıq döyüşə girməkdən çəkinir. Terrorçuların kamikadzelər və snayperlər vasitəsi ilə müdafiə xətti quracağı gözlənilir. 

Axar.az