İŞİD Avropadakı tərəfdarlarına xəbərdarlıq edib.
Xəbərdarlıq mesajı İŞİD terror təşkilatına bağlı Narşir Fondu tərəfindən verilib.
Sentyabrın 3-ü yazıldığı iddia edilən mesajda İŞİD "Avropada xüsusilə də Fransadakı qardaşlarımız əməllərinizi reallaşdırmaq üçün tələsin. Bundan başqa, diqqətli və ehtiyatlı olun", – deyə, bildirib.
Həmçinin məktubda terrorçulara əllərindəki foto, video və ya digər üsulları, o cümlədən İŞİD-ə bağlı bütün məlumatı silmələri tapşırığı verilib.
Modern.az