XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 09:50

Köpək balığı avstraliyalı sörfinqçininhəyatına son qoydu

Yeni Kaledoniya arxipelaqındakı çimərliklərdən birində köpək balığının hücumu nəticəsində avstraliyalı sörfinqçi həlak olub.

Sentyabrın 7-də ABC televiziya kanalının yaydığı məlumata görə, kaytsörfinqlə məşğul olan kişi idarəetməni itirərək suya düşüb. Yaxınlıqda olan iri köpək balığı ona hücum edərək budundan dişləyib. Yaxınlıqdakı katamarada olanlar onu sudan çıxarsalar da sörfinçinin həyatını xilas etmək mümkün olmayıb.

Yerli xilasetmə xidmətinin başçısı Nikolas Reno bildirib ki, onu çox böyük köpək balığı dişləyib, lakin onun hansı növə aid olduğu məlum deyil. Həlak olanın adı da hələlik açıqlanmır. O, təqribən 50 yaşlarında Qərbi Avstraliya sakinidir. Bu, cari ildə köpək balığının Yeni Kaledoniya sahillərində insana hücumu nəticəsində baş verən ikinci belə faciədir.

Yeni Kaledoniya Sakit okeanın cənub-qərbində, Avstraliyadan təqribən 1200 kilometr şərqdə yerləşən adalar qrupudur və Fransanın xüsusi inzibati-ərazi vahidi hesab olunur(azərtac).