XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 10:09

Ankarada 8 mindən çox polisin iştirakı iləəməliyyat keçirilir

Ankara Polis İdarəsi 8 min 500 polisin iştirakı ilə geniş “əmin-amanlıq əməliyyatı”na başlayıb.

Azərtac Anadolu Agentliyinə istinadla bildirir ki, bu əməliyyat daxili işlər nazirinin göstərişi ilə yaxınlaşan Qurban bayramı öncəsi təhlükəsizliyi təmin etmək məqsədilə keçirilir.

Əməliyyat çərçivəsində paytaxtın 70 nöqtəsində vətəndaşların sənədləri yoxlanılır. Həmçinin, qurbanlıq satışını həyata keçirən heyvan bazarlarında da nəzarət gecləndirilib.