XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 10:59

Ərdoğan:"Türkiyə Suriya və İraqda hərbi əməliyyatları genişləndirə bilər"

Türkiyə Suriya və İraqda hərbi əməliyyatların miqyasını genişləndirə bilər.

Trend-in "Türkiyə" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti qeyd edib ki, yeni hərbi əməliyyatlar İŞİD silahlılarının "paytaxt" elan etdiyi Suriyanın Rakka şəhərində başlaya bilər.

O, Türkiyə Silahlı Qüvvələrinin İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatında iştirak edəcəyini də istisna etməyib.

R.T.Ərdoğan bildirib ki, İraqın şimalında yaşayan türkmanları məhv etməyi planlaşdıran silahlıların bölmələrinin Mosulun şimalında, həmçinin Telafer kimi şəhərdə bir yerə toplanması müşahidə edilir: "Bu isə Türkiyə üçün yolverilməzdir".