XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 12:00

ABŞ Ordu Departamenti qoşunların Əfqanıstandadislokasiya olunacağını elan edib

ABŞ Ordu Departamenti (bəzən “ABŞ Ordu Nazirliyi” adlanan bu qurum ABŞ Müdafiə Nazirliyi sisteminə daxil olan üç departamentdən biridir) Kentukki ştatındakı Fort Kempbell bazasında yerləşən 101-ci hava-desant diviziyasının 3-cü briqada taktiki qrupundan olan 1400-ə yaxın hərbi qulluqçunun 2016-cı ilin payızında ABŞ-ın Əfqanıstanda keçirəcəyi hərbi əməliyyatın dəstəklənməsi üçün bu ölkədə dislokasiya olunacağını elan edib.

101-ci hava-desant diviziyasının böyük komandiri vəzifəsini icra edən general-mayor Skott Brauer mətbuat üçün bəyanatında qeyd edib ki, bu diviziyanın 3-cü briqada taktiki qrupunun hərbi qulluqçuları Əfqanıstanda ABŞ missiyasının olduğu bütün illər ərzində – 2002-ci ildə “Anakonda” əməliyyatı zamanı Əl-Qaidə və Taliban silahlılarının axtarışından başlamış 2014-2015-ci illərdə yardımçı məsləhət missiyasına qədər müstəsna cəsurluq və peşəkarlıq nümayiş etdiriblər(azərtac).