XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 13:09

UNICEF:"Dünyada 28 milyon uşaq savaşa görə evlərini tərk edib"

BMT-nin Beynəlxalq Uşaq Fondu (UNICEF) dünyada 28 milyon uşağın müharibələr səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilat təqdim etdiyi məruzədə qaçqın durumuna düşən uşaqların sayının son 10 ildə təxminən iki dəfə artdığına diqqət çəkib. Sənəddə evlərini tərk etmək məcburiyyətində qalan 28 milyon uşağın 10 milyonunun mühacir statusu aldığı bildirilir. Məruzəyə əsasən, mühacir uşaqların 45 faizi Suriya və Əfqanıstandandır.

UNICEF-in 2015-ci ildə verdiyi məlumata əsasən, uşaqlar dünya əhalisinin üçdə birini təşkil edir. Müharibələr səbəbindən evlərini tərk edən insanların isə yarısı uşaqlardır.