Putini macar ortopedi müalicə edir?
Rusiya prezidenti Putinin martın 5-dən gözə görünməməsi xeyli mülahizələrə yol açıb. Nüfuzlu qaynaqlar iddia edir ki, Putinlə bağlı ciddi heç nə baş verməyib, lakin şayiələr yayılmaqda davam edir.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, İsrailin Rusiyadakı keçmiş səfiri Svi Maqen Rusiyada dövlət çevrilişinin xeyli əlamətlərini müşahidə edir: “Hərbçilərin Kreml ətrafında hərəkətdə olması göstərir ki, rəhbərliyin dəyişilməsi, ya da ən azı, indiki lideri devirmək cəhdi baş verib”.
İsrail diplomatı güman edir ki, çevriliş “orduda bir-birinə qarşı mübarizə aparan qruplar və ya “iri iş adamları” tərəfindən həyata keçirilə bilərdi.
Xarci nəşrlər yazır ki, Maqenin versiyasını təsdiq və ya inkar etmək imkanı yoxdur, lakin daha bir versiya irəli sürülür: Putin ona görə cəmiyyət içinə çıxa bilmir ki, kürəyində problem yaranıb və macar ortopedi prerzidenti müalicə etməkdən ötrü Moskvaya gəlib.