XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Sentyabr 2016 - 16:42

Türkiyədə Gülən tərəfdarları saxlanıldı- 103 nəfər

Türkiyə polisinin 17 vilayətdə apardığı xüsusi əməliyyat zamanı Fəthullah Gülən tərəfdarları ilə əlaqəsi olmaqda şübhəli bilinən 103 nəfər saxlanılıb.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılanlar arasında hərəkatın səlahiyyətli şəxsləri də olub.

Onlar Gülən tərəfdarlarının Türkiyə Silahlı Qüvvələrində fəaliyyətinə nəzarət edir və əlaqələndirirdilər.