XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 17:38

“Qalatasaray”ın keçmiş futbolçusuhəbs edildi

Fətullahçı Terror Təşkilatı ( FƏTÖ) ilə əlaqəli olmaqda şübhəli bilinən keçmiş futbolçulardan birinin barəsində həbs-qətimkan tədbiri seçilib. 

Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə,  Türkiyədə 15 iyun qiyamına cəhdə görə başladılan cinayət işi çərçivəsində saxlanılan keçmiş “Qalatararay”lı futbolçular İsmayıl Dəmiriz və Uğur Tütünəkər barəsində verilən qərar açıqlanıb.

Belə ki, İsmayıl Dəmirizin terror təşkilatı ilə sıx əlaqəsi olduğu sübuta yetirildiyindən barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün işi məhkəməyə göndərilib. Digər sabiq “Qalatasaray”lı  Uğur Tütünəkər barəsində ciddi bir sübut aşkarlanmadığı üçün o, sərbəst buraxılıb.
 
Qeyd edək ki, Türkiyədə FƏTÖ ilə bağlı başladılan cinayət işi çərçivəsində bir çox tanınmış şəxs barəsində saxlanma qərarı çıxarılıb. Onların içərisində “Qalatasaray” klubun sabiq futbolçuları Arif Ərdəm, Hakan Şükür, İsmayıl Dəmirizdə vardı.