XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2015 - 07:06

SWIFT-in İran əleyhinə sanksiyaları ləğv edildi

svift.jpg

İran xarici işlər nazirinin müavini SWIFT-in İran əleyhinə sanksiyalarının ləğvindən xəbər verib.

Strateq.az Səhər Televiziyasına istinadən bildirir ki, İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı hazırda SWIFT tərəfindən İran əleyhinə heç bir sanksiyasının olmadığını bəyan edib: “800 İran qurumu və fiziki şəxsi İran və” Altılıq” qrupu arasında nüvə anlaşmasının icrası proqramına əsasən icra günündə bu siyahıdan çıxarılacaq”.

İran xarici işlər naziri həmçinin SWIFT-in sanksiyalarının ləğv edilməsinin formatı barəsində bildirib ki, bu məsələ tam şəkildə nüvə müzakirələrinin yekununda aydınlaşıb.

SWIFT ( ingilis dilində Society for Worldwide Interbank Financial Telecommunication –ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir.

Belçika qanunvericiliyi tərəfindən yaradılmış bu kooperativ cəmiyyətinin üzvlərinə 209 ölkədə 9700-dən çox bank təşkilatı məxsusdur.

Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.