XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 19:09

“Qazprom” “Türkiyə axını” üçünilk icazəni alıb

“Qazprom” “Türkiyə axını” layihəsinin reallaşması üçün diplomatik kanallardan Ankaranın ilk icazəsini alıb. Bu barədə Rusiya kompaniyasının məlumatında deyilir.

Azərtac RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ötən həftə “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller və Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak layihənin reallaşması üçün bütün vacib hazırlıqların tezliklə başa çatdırılmasına dair razılığa gəliblər.

Xatırladaq ki, “Türkiyə axını” layihəsi Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Qaz kəməri 2014-cü ilin dekabr ayında ləğv edilən köhnə “Cənub axını” koridorunun 660 kilometrlik hissəsindən keçəcək. Türkiyənin Avropa hissəsi istiqamətində isə 250 kilometr yeni xətt çəkiləcək. Layihənin birinci mərhələsi sırf Türkiyə bazarı üçün nəzərdə tutulur.