İyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı çəkilən “Xəyanətdən zəfərə” adlı sənədli filmin nümayişi keçirilir.
Azərtac xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, səfirlər, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib, hər iki xalqın şəhidləri anılıb.
Tədbir çərçivəsində “Anadolu” Agentliyi tərəfindən təqdim edilən “15 iyul – milli iradənin yüksəlişi” adlı sərgi də nümayiş etdiriləcək.