XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 21:03

Lavrov və Kerri CenevrədəSuriyanı müzakirə edəcək

Sentyabrın 8 və 9-da Cenevrədə şəxsi görüş çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Suriya məsələsinin müzakirələrini davam etdirəcəklər.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı  Rusiya XİN-i yayıb.  

"Sentyabrın 7-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada fəaliyyət göstərən terrorçu qruplarla birgə mübarizə və digər məsələlərə toxunublar.

S.Lavrov və C.Kerrinin sentyabrın 8 və 9-na nəzərdə tutulan şəxsi görüşü zamanı müzakirələrin davam etdirilməsi qərara alınıb", – məlumatda bildirilir.